Azərbaycanda xaricdən gələn toyuq ətinin qiymətində bahalaşma yerli bazarda təsirini əks tərəfə göstərib. Toyuq ətinin idxal dəyəri ilə pərakəndə satışı arasındakı fərq bir qədər azalıb.
Azərbaycan 2020-ci ilin yanvar-iyul ayları ərzində 13.2 ton həcmində dondurulmuş toyuq idxal edib, bu da $15.8 mln. idxal dəyərində olması deməkdir. İdxal olunan toyuq ətinin hər kiloqramı üzrə Azərbaycan $1.2 (2 manat) xərc çəkib. Bu öncəki illə müqayisədə 9% artım deməkdir. Öncəki ilin təqribən götürsək eyni dövründə ölkəmizə idxal olunmuş toyuqun 1 kq üzrə $1.1-a yaxın orta qiymət müşahidə edilmişdir. Bu barədə Banker.az AzStatKom-a istinadən xəbər verir.
Yerli bazarda isə toyuq ətinin idxal dəyəri artmasına rəğmən, bu il daha ucuz satılır. Buna misal kimi deyə bilərik ki, 2020-ci ilin iyul ayında xaricdən gətirilib, pərakəndə satılan toyuq ətinin 1 kq-nın orta qiyməti 4.8 manata yaxın olub. Halbuki, ötən ildə xaricdən idxal olunan bu toyuq ətinin qiyməti 5 manatdan baha satılırdı.
Hazırda isə yerli toyuğun qiyməti 4.4 manat təşkil edir.