6 C
Baku
Sunday, December 15, 2024

Tramp ABŞ-da koronavirus pandemiyasının avqusta qədər bitəcəyini ehtimal edir

ABŞ hakimiyyəti ölkədə yeni koronavirusun yayılmasının iyul-avqust aylarında bitəcəyini gözləyir.

Bunu Amerika prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

“İnsanlar koronavirusun iyul, avqust ayına qədər bitəcəyi barədə danışırlar. Lakin, bu daha uzun müddət davam edə bilər. Bu müddət, səlahiyyətli şəxslərin müvafiq işlərin öhdəsindən necə gələcəyindən və ölüm nisbətini azaltmağından asılı olacaq”.

Tramp, eyni zamanda, yeni koronavirusun ABŞ iqtisadiyyatına mənfi təsir edəcəyini də etiraf edib.

Son xəbərlər
Digər xəbərlər