ABŞ Prezidenti Donald Tramp Ağ Ev Aparatının yeni rəhbərinin adını açıqlayıb.
Bu barədə dövlət başçısı “Twitter” hesabında yazıb.
Tramp qeyd edib ki, sözügedən vəzifəni konqresmen Mark Medous tutacaq.
“Mən konqresmen Mark Medousun Ağ Ev Aparatının yeni rəhbəri olacağını açıqlamağıma çox şadam. Markı çoxdan tanıyıram və biz birlikdə çalışmışıq. Münasibətlərimiz çox yaxşıdır”, – deyə Tramp bildirib. Oxu.az