15 C
Baku
Thursday, March 28, 2024

Tramp Ağ evdə “Facebook” şirkətinin rəhbəri ilə görüşüb

ABŞ prezidenti Donald Tramp Ağ evin Oval kabinetində “Facebook” şirkətinin rəhbəri Mark Sukerberqlə görüşüb.

Report agentliyi xəbər verir ki, Amerika lideri bunu öz “Twitter” səhifəsində yazıb.

Sukerberqin Ağ evə səfəri əvvəlcədən elan olunmamışdı.

Bundan əvvəl, “Politico” nəşri, bu həftə sosial şəbəkə qurucusunun internetin tənzimləməsi məsələlərini müzakirə etmək üçün Konqresin üzvləri ilə görüşəcəyi barədə məlumat dərc etmişdi.

Son xəbərlər
Digər xəbərlər