15 C
Baku
Friday, April 26, 2024

Tramp bu gün Hindistana ilk səfər edəcək

ABŞ prezidenti Donald Tramp bazar ertəsi Hindistana səfər edəcək.

TASS xəbər verir ki, səfərdə ABŞ liderini ölkənin birinci xanımı Melanya Tramp, həmçinin 12 nəfərdən ibarət rəsmi nümayəndə heyəti müşayiət edəcək.

Nümayəndə heyətinin tərkibinə xüsusi halda prezidentin milli təhlükəsizlik üzrə köməkçisi Robert O Brayen, ticarət və energetika naziri Uilbur Ross və Den Bruyet, ABŞ-ın Hindistandakı səfiri Kennet Caster, Ağ Evin mətbuat katibi Stefani Qrişem, prezidentin qızı və məsləhətçisi İvanka Tramp, həmçinin ABŞ liderinin kürəkəni və böyük məsləhətçi Cared Kuşner daxildir.

Bu, Trampın Hindistana birinci səfəri, həmçinin ABŞ prezidentinin ölkəyə son beş ildə ilk səfəri olacaq.

©Report

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər