ABŞ-nin keçmiş Prezidenti Donald Trampın vergi bəyannaməsi açıqlanıb.
Bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının Komitəsi gün üzərinə çıxarıb.
Belə ki, yüzlərlə səhifəni əhatə edən bəyannaməyə görə, keçmiş Prezident Donald Tramp və həyat yoldaşı Melaniya Tramp vəzifədə olduqları son il olan 2020-də heç bir federal gəlir vergisi ödəməyiblər.
Hesabatda deyilir ki, Tramp 2015-dən 2020-ci ilə qədər biznes itkiləri səbəbindən çox az və ya heç bir vergi borcunu verməyib.
Həmçinin müəyyən edilib ki, ABŞ-nin vergi yığımı üzrə federal agentliyi olan Daxili Gəlir Xidməti (IRS) Trampın prezident kimi ilk 2 ilində tələb olunan yoxlamaları həyata keçirə bilməyib.