ABŞ prezidenti Donald Tramp ABŞ və İran arasında danışıqların iyunun 30-da Dohada keçiriləcəyini açıqlayıb. Onun sözlərinə görə, görüşün keçirilməsi təşəbbüsü İran tərəfindən irəli sürülüb.
“İran görüş keçirilməsini istəyib. Görüş sabah Dohada baş tutacaq”, – deyə Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.






