31 C
Baku
Saturday, June 1, 2024

Tramp: “Mən prezident olana qədər Ukraynada müharibə bitməyəcək”

ABŞ-ın sabiq prezidenti Donald Tramp Ukraynadakı müharibədən danışıb.

Tramp bildirib ki, o, ABŞ prezidenti seçilənə qədər Ukraynada müharibə çətin ki, bitsin.

“Bu müddət ərzində nə baş verə biləcəyini təsəvvür edə bilmirəm. Əsas odur ki, müharibə dayandırılmalıdır, çünki Ukrayna məhv edilir”.

O, prezident olacağı təqdirdə müharibəni 24 saata dayandıra biləcəyi ilə bağlı bəyanatını təkrarlayıb.

“Bu, çox sadə səslənə bilər, lakin mən mahiyyətini açıqlamayacağam, çünki açıqlasam, sonra istifadə edə bilməyəcəm, nəticə verməyəcək”, – Tramp bildirib.

MənbəModern.az
Son xəbərlər
 ⁠
Digər xəbərlər