22 C
Baku
Thursday, April 18, 2024

Tramp Miçiqan ştatında praymerizdə liderlik edir

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Miçiqan ştatında respublikaçıların praymerizində qalib gəlib. Bülletenlərin 26%-nin işlənməsinin nəticələrinə əsasən, cənab Tramp 66.8%, Nikki Heyli isə 28.1% səs toplayıb. Eyni zamanda o, seçkilərdən geri çəkilməyəcəyini bildirib.

Bu arada, Miçiqan ştatında Demokratlar Partiyasının ilkin seçkiləri də keçirilir. “CNN” yazır ki, ilkin nəticələrə görə, ABŞ-ın hazırkı prezidenti Co Bayden liderlik edir. Bülletenlərin 26%-nin işlənməsinin nəticələrinə əsasən, 79.8%-i onun lehinə səs verib. ABŞ Nümayəndələr Palatasının üzvü Din Fillips 2.8% səs toplayıb.

Miçiqandan əvvəl başqa dörd ştatda – Ayova, Nyu-Hempşir, Nevada və Cənubi Karolinada, eləcə də Virciniya adalarında praymerizlər  keçirilib. Donald Tramp hər yerdə qalib gəlib. Fevralın 4-də Cənubi Karolinada Demokratlar Partiyasının praymerizləri keçirilib. Co Bayden təxminən 97% səs toplayıb.

Son xəbərlər
Digər xəbərlər