10 C
Baku
Thursday, December 12, 2024

Tramp Nobel mükafatına namizəd oldu

Norveçin Tərəqqi Partiyasının üzvü Christian Tibring-Gedde, ABŞ prezidenti Donald Trampı “dünyada uzunmüddətli münaqişələrin həlli sahəsində göstərdiyi səylərə görə” Nobel mükafatına namizəd təyin edib.

Banker.az bu barədə “Ria.ru”ya istinadən xəbər verir.

“Düşünürəm ki, o, ölkələr arasında sülh yaratmaq üçün çox şey etdi”, – deyə deputat söyləyib.

Nobel Komitəsinə göndərdiyi məktubda Tibring-Gedde, Tramp administrasiyasının İsrail və BƏƏ arasında əlaqələrin qurulmasında əsas rol oynadığını bildirib. Onun sözlərinə görə, “Yaxın Şərqdəki digər ölkələrin BƏƏ-dən nümunə götürmələri gözlənildiyi üçün, müqavilə bu regionu firavanlıq və əməkdaşlıq bölgəsinə çevirəcək”.

Xatırladaq ki, İsrail və BƏƏ arasında münasibətlərin normallaşmasına dair müqavilənin imzalanma mərasimi 15 sentyabrda Vaşinqtonda keçirilməlidir. Beləliklə, Misir və İordaniya daxil olmaqla, BƏƏ İsraili tanımış üçüncü ərəb ölkəsi olub.

Son xəbərlər
Digər xəbərlər