Böyük Britaniya, Almaniya, Fransa, Rusiya və Çin İranla nüvə sazişinin qalıqlarından uzaqlaşmalıdır.
Bunu ABŞ Prezidenti Donald Tramp İranın ABŞ-ın İraqdakı bazalarına hücumu ilə əlaqədar Ağ Evdə çıxışı zamanı söyləyib
D.Tramp deyib: “İran nüvə ambisiyalarından əl çəkməli və terrorizmi dəstəkləməyi dayandırmalıdır. Böyük Britaniya, Almaniya, Fransa, Rusiya və Çinin artıq bu reallığı qəbul etmək vaxtı gəlib. İndi onlar İran razılaşmasının qalıqlarından ayrılmalıdırlar. Dünyanı daha təhlükəsiz etmək, İranla saziş bağlamaq üçün hamımız birlikdə çalışmalıyıq. İranın çiçəklənməsinə və geniş potensialından istifadə etməsinə imkan verən bir saziş. İran zorakılıq, iğtişaş, nifrət və müharibəni davam etdirərkən Yaxın Şərqdə sülh və sabitlik ola bilməz”.
Daha əvvəl İran, zənginləşdirmə sentrifuqaların sayı ilə əlaqədar ölkənin nüvə proqramı ilə bağlı razılaşmada son əsas məhdudiyyətin rədd edildiyini açıqladı və bu addımı “son” adlandırdı. Qeyd olunur ki, İran əvvəlki kimi MAQATE ilə əməkdaşlığı davam etdirəcək və sanksiyaların qaldırılması və Tehranın nüvə sazişində nəzərdə tutulan maraqlarını təmin etdiyi təqdirdə öhdəliklərini yerinə yetirməyə qayıtmağa hazırdır.
©Trend