27 C
Baku
Saturday, July 27, 2024

Tramp: “Oracle” şirkəti “TikTok”u ala bilər

ABŞ prezidenti Donald Tramp bildirib ki, “Oracle” şirkəti “TikTok”un Amerikadakı biznesini satın ala bilər.

Banker.az bu barədə “Gazeta.ru”nun verdiyi məlumata əsasən xəbər verir.

“Oracle” – gözəl şirkətdir. Düşünürəm ki, “TikTok” “Microsoft” şirkətinə lazım deyil, “Oracle” şirkətinə də və bəlkə başqalarına da”, – deyə Tramp söyləyib.

Amerikanın İT nəhəngi “Oracle”, Çin şirkəti “ByteDance” ilə “TikTok”u satın almaq barədə danışıqlar aparır. Analitiklər hesab edirlər ki, “Oracle” əvvəllər sosial şəbəkənin potensial alıcısı hesab olunan “Microsoft” ilə rəqabət edə biləcək. Qeyd edək ki, “Oracle”ın qurucusu Donald Trampın tərəfdarlarından biridir və bu amil şirkətin xeyrinə ola bilər.

Son xəbərlər
Digər xəbərlər