13 C
Baku
Friday, April 19, 2024

Tramp Pentaqon rəhbərinin istefasını müzakirə edib

ABŞ prezidenti Donald Tramp müşavirləri ilə birlikdə müdafiə naziri Mark Esperin istefası məsələsini müzakirə edib.

Banker.az xəbər verir ki, bu barədə mənbəyə istinadən “Reuters” məlumat verib.

Bildirildiyi kimi, Tramp qarşıdakı prezident seçkilərinin nəticələrinə qədər Pentaqon rəhbərinin istefası ilə bağlı qərar qəbul etməyəcək, lakin müşavirləri ilə seçkilərdə qalib gəldiyi təqdirdə müdafiə nazirinin dəyişdirilməsini mümkün hesab edir.

Xatırladaq ki, daha əvvəl Esper Konfederasiya bayrağının hərbi obyektlərdə istifadəsinə qoyulan qadağanı təsdiq etmişdir, Tramp isə bunun amerikalıların bayraqdan istifadə etmək hüququnu pozduğunu bildirmişdir. Mənbə qeyd edir ki, tərəflər arasında yaranmış gərginliyin səbəblərindən biri də budur.

Son xəbərlər
Digər xəbərlər