16 C
Baku
Şənbə, Oktyabr 16, 2021

Tramp prezident seçkilərinin “real” nəticələrini göstərəcəyinə söz verib

Screen Shot 2021 09 02 at 14.34.20

ABŞ-ın hazırkı prezidenti Donald Tramp noyabrın 3-də ABŞ-da keçirilən prezident seçkilərinin “həqiqi” nəticələrini göstərəcəyinə söz verib.

“Gazeta.ru” xəbər verir ki, ABŞ lideri bu barədə “Twitter” hesabında bildirib.

“Təsdiqlənmiş nəticələrin etibarlı şəkildə səhv olduğu halda səsvermənin nəticələrini necə təsdiq edə bilərsiniz? Gerçək rəqəmləri mənim çıxışım zamanı görəcəksiniz, lakin yanvarın 6-da”, Tramp əlavə edib.

Qeyd edək ki, ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Baydenin andiçmə mərasiminin yanvarın 20-də keçirilməsi planlaşdırılıb. Pandemiya səbəbindən mərasimin yığcam formatda keçirilməsi qərara alınıb. İnaqurasiya ilə bağlı paradın onlayn keçiriləcəyi bildirilib.

Screen Shot 2021 09 23 at 11.36.43
Mənbə:APA
Son xəbərlər
360 380
Oxşar xəbərlər