13 C
Baku
Saturday, April 27, 2024

Tramp Putinlə zarafatlaşıb – “Xahiş edirəm, seçkilərə qarışmayın”

Bu gün Yaponiyanın Osaka şəhərində “G20” sammiti çərçivəsində ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putinin görüşü başlamazdan öncə maraqlı hadisə yaşanıb.

“İnterfaks”a istinadən verilən xəbərə görə, amerikalı jurnalistlər dövlət başçılarından görüş zamanı həmkarından ABŞ-dakı seçkilərə qarışmamağı tələb etməyi bildiriblər.

Tramp isə öz nəvbəsində belə deyib: “Əlbəttə, mən bunu edəcəm”.

Daha sonra Tramp üzünü Putinə çevirərək gülümsəyərək iki dəfə təkrarlayıb: “Xahiş edirəm, seçkilərə qarışmayın”.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri 2020-ci il noyabrın 3-də keçiriləcək.

©Qafqazinfo.az

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər