26 C
Baku
Saturday, July 27, 2024

Tramp səkkiz Çin tətbiqi ilə maliyyə əməliyyatlarını qadağan etdi

ABŞ prezidenti Donald Tramp “Alipay” da daxil olmaqla səkkiz Çin tətbiqi ilə maliyyə əməliyyatlarını qadağan edən fərman imzalayıb.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Qeyd edək ki, sənədin mətni Ağ Ev tərəfindən hələ yayımlanmayıb.

Qadağanın altına düşənlər arasında “Ant Group”a məxsus olan “Alipay”, məşhur “QQ Wallet” və “WeChat Pay”ın da olduğu məlumdur.

“Bu hərəkətin məqsədi böyük müştəri bazarı və məxfi məlumatlara sahib olan Çin tətbiqetmələrinin amerikalılar üçün təhlükəsini azaltmaqdır”, – mesajda bildirilir.

Son xəbərlər
Digər xəbərlər