ABŞ prezidenti Donald Tramp və onun əsas rəqibi Co Bayden aprel ayında hərəyə 60 milyon dollardan çox ianə toplayıblar.
Banker.az “Ria.ru”ya istinadən xəbər verir ki, Tramp və respublikaçılar 61,7 milyon dollar, Bayden isə 60,5 milyon dollar vəsait toplayıb.
Əslində Tramp rəqibini xeyli geridə qoymalı idi, çünki mart ayında onun “əlində” Bayden ilə müqayisədə 190 milyon dollar çox vəsait olmuşdur.
Trampın üstünlüyünə baxmayaraq, apreldə tərəflər “heç-heçə” çıxdılar. Xatırladaq ki, Co Baydenin namizədliyi avqustda keçiriləcək partiya qurultayında rəsmi olaraq təsdiqlənməlidir.
Bayden koronavirus pandemiyasının yaratdığı iqtisadi böhrana baxmayaraq, tərəfdarlarına ona pul bağışlamaqda davam etdiyinə görə təşəkkür etdi.