2 C
Baku
Saturday, December 14, 2024

Tramp və övladları məhkəmədə ifadə verəcəklər

Nyu-Yorkda məhkəməyə təqdim edilən birgə razılaşmada Tramp və övladları cümə axşamı günü başa çatan ifadə müddətinin uzadılacağı təqdirdə, iyulun 15-dən etibarən Nyu-Yorkun Baş prokuroru Letitia Ceymsin suallarını cavablandırmağa razılaşıblar.

Banker.az xarici mətbuata istinadən xəbər verir ki, razılaşma Trampın Baş prokuror Ceymsin üç illik təhqiqatını dayandırmaq üçün göstərdiyi uzun müqavimətdən sonra əldə edilib. Tərəflərin imzaladığı razılaşmaya əsasən, Trampın hələ də ifadə verməsini tələb edən qərarı ləğv etmək üçün Nyu-York Apellyasiya Məhkəməsinə müraciət etmək hüququna malik olduğu bildirilib.

Baş prokuror Ceymsin ofisi bu dəfə şərh verməkdən imtina edib.

Xatırladaq ki, Nyu-York Baş prokuroru Letitia Ceyms, “Trump Organisation” adlı şirkətə məxsus göydələnlər və qolf meydançaları kimi aktivlərin dəyərinin on ildən artıqdır ki, maliyyə hesabatlarında təhrif edildiyini iddia edən təhqiqat çərçivəsində Tramp və onun uşaqlarını ifadə verməyə çağırmışdı. Hər dəfə Tramp və vəkilləri qərara etiraz edərək baş prokurorluğun tələb etdiyi sənədlərin əllərində olmadığını bəyan edirdilər. İki həftə əvvəl, uzun bir prosesdən sonra Nyu York Ştatı Apellyasiya Məhkəməsi istintaqla bağlı Trampın məhkəməyə gəlib ifadə verməli olduğu qərarını qüvvədə saxladı. Bir gün sonra federal hakim Trampın Ceymsin onunla bağlı araşdırmasını dayandırmaq üçün məhkəmə qərarı almaq cəhdini rədd etdi.

 

 

 

Son xəbərlər
Digər xəbərlər