19 C
Baku
Tuesday, May 28, 2024

Tramp zəngin iş adamları və tanınmış siyasətçilərlə məxfi görüşlər keçirib

ABŞ-ın keçmiş prezidenti Donald Tramp son bir neçə həftə ərzində tərəfdarları, o cümlədən zəngin iş adamları, siyasətçilər və Respublikaçılar Partiyasının nümayəndələri ilə bir sıra məxfi görüşlər keçirib.

Görüşlərdə sabiq ABŞ liderinin növbəti prezident seçkisində namizədliyinin irəli sürülməsinin mümkünlüyü müzakirə olunub.

Mənbə yazır ki, 76 yaşlı siyasətçi görüşlərini Hyuston, Neşvil və Las-Veqasda təşkil edib.

Müzakirələr zamanı tərəfdarları eks-prezidentdən yaxın vaxtlarda yenidən namizədliyini irəli sürməyi xahiş ediblər.

Qeyd edək ki, ABŞ-da növbəti prezident seçkisi 2024-cü ildə keçiriləcək.

MənbəOxu.az
Son xəbərlər
 ⁠
Digər xəbərlər