25 C
Baku
Saturday, July 27, 2024

Trampı impiçment gözləyir

Nümayəndələr Palatasının spikeri Nancy Pelosi, rezident Donald Trump-a qarşı impiçment prosedurunun davam etdirilməsi ilə bağlı fikirlərini bildirib.

Banker.az xəbər verir ki, “Ağ evin “səssizlik pərdəsi” bizə heç bir sənəd və ya təsdiqedici ifadələr verməsə də, bu “bizim irəliləməyimizə mane olmayacaq. Əslində, bu bizə daha da irəliləmək imkanını verir”, – deyə siyasətçi əlavə edib.

Siyasətçinin sözlərinə görə, impiçment məsələsi ortaya çıxsa, Nümayəndələr Palatasının arqumentləri nə qədər güclü olarsa, lazımi nəzarəti həyata keçirə bilməyən və prezidentə “azadlıq” verən Senat insanların gözündə bir o qədər pis olacaq.

Pelosi-nin açıqlamaları, keçmiş prokuror Robert Mueller-in Nümayəndələr Palatasının iki komitəsinə ifadə verərək, Rusiyanın 2016 seçkilərə müdaxiləsi ilə bağlı verdiyi hesabatın Trampa haqq qazandırmadığını söylədikdən sonra səslənib.

Son xəbərlər
Digər xəbərlər