26 C
Baku
Saturday, July 27, 2024

Trampın sosial şəbəkəsi işə salındığı gün “hack” edilib

Naməlum şəxslər ABŞ-ın keçmiş prezidenti Donald Trampın komandası tərəfindən yaradılan yeni “Gettr” sosial şəbəkəsində bir neçə hesabı “hack” edib.

Banker.az “RBK”ya istinadən xəbər verir ki, bu barədə “Business Insider” məlumat verib.

Xüsusilə, Trampın keçmiş mətbuat katibi Ceyson Millerin, ABŞ-ın keçmiş baş katibi Maykl Pompeonun və keçmiş dövlət başçısının çevrəsindən olan digər şəxslərin hesabları ələ keçirilib.

Verilən məlumata görə, “hack” edilmiş hesablarda eyni mesaj göstərilib: “@JubaBaghdad burada olub” və “Fələstini azad et”.

Xatırladaq ki, Tramp komandası “Twitter”ə alternativ olaraq yeni “Gettr” sosial şəbəkəsini yaradıb. Yeni platforma “söz azadlığının qorunması”, o cümlədən “sosial şəbəkələrin inhisarı ilə” məşğul olmağı hədəf tutub.

Donald Trampın “Facebook”, “Twitter” və “Instagram” hesabları bu ilin yanvar ayında baş verən Kapitoliya basqınından sonra bloklanıb.

Son xəbərlər
Digər xəbərlər