Liviyanın paytaxtı Tripolinin “Mitigə” beynəlxalq hava limanı bu gün raket atəşi səbəbindən müvəqqəti bağlandıqdan sonra fəaliyyətini bərpa edib.
Bu barədə TASS xəbər verir.
Bundan əvvəl raket zərbəsinə məruz qalan hava limanında təyyarələrin eniş-qalxışının dayandırıldığı xəbər verilmişdi. Paytaxtdakı Liviya Milli Uzlaşma Hökumətinin silahlı qüvvələrinin sözçüsü Məhəmməd Qanuno bununla bağlı Liviya Milli Ordusunu ittiham edərək hava limanına 6 ədəd “Qrad” raketinin atıldığını, bu kimi addımların tərəflər arasında atəşkəs tarazlaşmasına zidd olduğunu bildirmişdi.
Report