10 C
Baku
Thursday, December 12, 2024

Trump ABŞ tarixinin ən nəhəng vergi islahatı haqqında qanunu imzalayıb

Banker.az xəbər verir ki, ABŞ prezidenti Donald Trump ölkədə vergi islahatı haqqında qanun imzalayıb.

Ölkə başçısı qeyd edib ki, ölkə tarixində ən nəhəng vergi islahat olan islahat əhalinin 95%-nin vergi ödənişlərini azaldacaq. Proqnozlara görə, islahat Amerika büdcəsinə on il ərzində 1,5 trilyon dollara başa gələcək. Belə ki, bu müddət ərzində dövlət borcunun miqdarı məhz bu qədər artacaq.

Qanunvericiliyə edilən dəyişikliklərə uyğun olaraq, şirkətlərin gəlir vergisi 35-dən 21%-ə endirilir. Bundan əlavə, şirkətin xaricdə həyata keçirdiyi fəaliyyətdən ABŞ-a qaytarılan vəsaitə görə təyin edilmiş vergi də azaldılıb. Belə ki, nağd vəsaitlər üçün nəzərdə tutulmuş hazır ki 35% 15,5%-ə qədər, nağdsız vəsaitlər üçün isə 8%-ə endirilib.

Həmçinin yeni vergi şkalası da tətbiq ediləcək: 10%, 12%, 22%, 24%, 32%, 35% və 37%. İllik gəliri 9525 dollar olan şəxslər və yaxud 19050 dollara qədər gəliri olan ailələr minimum dərəcə ilə vergi ödəyəcək. Maksimum dərəcə isə gəlirləri 500 min dolları geridə qoyan vergi ödəyicilərinə şamil ediləcək.

Son xəbərlər
Digər xəbərlər