23 C
Baku
Friday, April 26, 2024

“Tufandağ”da istirahət neçəyə başa gəlir? – QİYMƏTLƏR

Azərbaycanda fəaliyyət göstərən böyük qış istirahət kompleksindən biri də “Tufandağ”dır. Qəbələdə yerləşən “Tufandağ qış-yay” kompleksində kanat və xizək kimi digər əyləncə mərkəzləri var.

Banker.az olaraq bu dəfə turizm kompleksində xizək və xizək avadanlıqlarının kirayə qiymətlərini, əyləncələrin qiymətlərini və kanatla gəzintilərin qiymətlərini araşdırdıq.

Avtoxizək turu

Yerli bələdçilər sizi təhlükəsizlik qaydaları ilə tanış edərək əyləncə və həyəcan yaşamaq üçün bu güclü maşınların necə idarə olunmasını izah edəcəklər. Bu gəzinti ilə siz dağların başına qalxaraq, istirahət mərkəzi və ətraf ərazilərin mənzərəsindən zövq alacaqsınız. Sizə gəzinti zamanı istifadə etmək üçün təhlükəsizlik dəbilqələri  təqdim olunacaq.

Avtoxizək turu – 45 AZN

Əlavə sərnişin – 30 AZN


Qarda tübinq

Fəaliyyət sezonu: Qış və Yaydır. Xüsusi şişirdilmiş dairələrə oturun və sürətlə yamaclardan aşağıya doğru sürüşün. Qarda tübinq sizə qış istirahətinin əyləncəsini tamamilə yeni bir bucaqdan yaşamaq üçün gözəl fürsət yaradır. Bunun üçün heç bir təcrübə tələb olunmur.

Qiymət: 1 nəfər üçün – 10 AZN

tubinq


Dağ yelləncəyi

Əgər sizdə uçmaq hissini yaşamaq arzusundasınızsa 1920 metr hündürlükdə “Yatmış gözəl” zirvəsində yerləşən yelləncəyini cəhd edin.

Qiymət:

Böyük (10m.) – 20 AZN
Balaca (7m.) – 15 AZN.

Minimal yaş həddi: 14 yaş.

dag yellenceyi


PARAPLAN

Siz uçuş üçün lazım olan bütün avadanlıqla təmin edilirsiniz. Paraplanla uçmaq üçün sağlam və çəkiniz 100 kq –ın altında olmalıdır.

Uçuş müddəti: 15 dəqiqə
Qiymət: 120 AZN

paraplan


TREKKİNQ

Tufandag, bütün səviyyələrdə ziyarətçilər üçün çox sayda trekking yollarına sahibdir.  Trekking həvəskarları yalnız təbiətdən həzz almalarına görə yox, həmçinin səyahət zamanı bir çox maneələrə rast gəlib və onların öhtəsindən özləri gəldikləri üçün bu əyləncə növünü yüksək qiymətləndirirlər. Trekking sizə ölkəni daxildən tanımaq, onun ənənələrini və mədəniyyətini görmə imkanı verir.

Qiymət:

Bir nəfər üçün – 40 AZN

trekkinq


ATV turu

Tufandag-ın böyüklər üçün kvadrosikl turları qonaqları vadi ilə Dururca kəndinə aparır.

Müddəti: 4 km məsafə, 15-20 dəqiqəlik tur
Yaş məhdudiyyəti: +18
Qiymət: 
Bir nəfər üçün – 40 AZN
Əlavə sərnişin – 15 AZN

atv turu


SKİ PASS QİYMƏTİ:

ski pass

KANATIN QİYMƏTİ

kanat


Tufandağ Mountain Resort’un xizək mərkəzi öyrənməni sürətləndirmək üçün yaradılmış xüsusi xizək avadanlıqlarının kirayəsini təklif edir. 

XİZƏK VASİTƏLƏRİNİN KİRAYƏSİ – TUFANDAĞ XİZƏK MƏRKƏZİ

xiz tufan

XİZƏK VASİTƏLƏRİNİN KİRAYƏSİ – RIVERSIDE XİZƏK MƏRKƏZİ

riv

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər