2 C
Baku
Saturday, December 14, 2024

Tuğda turizmin inkişafı istiqamətində görüləcək işlər açıqlanıb

“Tuğ Azərbaycanın ən qədim, ən gözəl kəndlərindən biridir. Tuğun eyni zamanda çox gözəl turizm potensialı var”.

Bunu jurnalistlərə açıqlamasında Dövlət Turuzm Agentliyinin (DTA) Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli bildirib.

Murad Ağabəyli deyib ki, Tuğun turizm konsepsiyasını hazırlanarkən əsas üç istiqaməti götürülüb.

DTA Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri qeyd edib ki, bu istiqamətlərdən birincisi tuğun tarixi memarlıq üslubunu saxlamaqla mədəni turizmin inkişaf etdirilməsi, bunlardan ikincisi Tuğun zəngin təbiətindən istifadə etməklə burada ekoturizm istiqamətində turizmin inkişaf etdirilməsi, üçüncü istiqamət kimi, bildiyniz kimi Tuğun aqroturizm potensialı var: “Biz Tuğun aqroturzm potensialından istifadə edərək burada, bu istiqamətdə turizmin inkişaf etdirilməsini düşünürük. İlkin mərhələdə biz Tuğun tarixi hissəsində ilkin turizm infrastukturunun yaradılması istiqamətində işlər aparacağıq. Artıq bu istiqamətdə işlər başlanıb. Biz bu obyektlərin konsepsiyalara uyğun müxtəlif obyeklərin layihələndirilməsi işlərini həyata keçiririk. Kəndin girişində biz avtodayanacaq, digər zəruri turizm infrasturukturlarının yaradılmasını, ikinci istiqamətdə kənd məktəbinin, Məlik saray kompleksinin bərpa edilməsini düşünürük və digər istiqamətdə turizm informasiya mərkəznin, kulnariya mərkəzinin qurulmasını, eyni zamanda iaşə obyektlərinin qurulmasını planlamışıq”.

Murad Ağabəyli Tuğun tarixi memarlıq üslubundan da danışıb: “Gördüyünüz kimi binaların əksəriyyəti, tarixi abidələrin əksəriyyəti ermənilər tərəfindən vandalizmə məruz qalıb. Bu vandalizm deyəndə mən təkcə bu tarixi binaların dağıdılmasını nəzərdə tutmuram. Eyni zamanda bir çox abidələrimiz işğal müddətində dəyişdirilərək üzərində çoxlu əlavələr edilib və bu tarixi görkəmini hansısa bir formada itirb. Biz xarici və yerli ekspertlərin birgə səyi nəticəsində həmin abidələri yenidən araşdıracağıq. Yenidən tədqiq edəcəyik və onları ilkin tarixi görkəminə qaytaracağıq. Turizm informasiya mərkəzini burada yaratmaqla Şuşaya gedən turistlər ətraf kəndlər barədə buradan məlumat alacaqlar”.

Son xəbərlər
Digər xəbərlər