7 C
Baku
Sunday, December 15, 2024

Tullantıların idarə olunması ilə bağlı informasiya sistemi yaradılır

“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda müəyyən olun 5 prioritet istiqamətdən biri də təmiz ətraf mühit və “yaşıl artım” ölkəsinə çevrilməkdir. Strategiyanın tətbiqi ilə bağlı tərtib olunmuş tədbirlər planında tullantıların yaranması, təkrar emalı və zərərsizləşdirilməsi ilə bağlı uçotun təkmilləşdirilməsi, məlumat bazasının və elektron informasiya sisteminin yaradılması tapşırığı müəyyən olunub. Tapşırığın icrası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə həvalə edilib. İqtisadiyyat Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Statistika Komitəsi və “Təmiz Şəhər” ASC isə prosesin əsas iştirakçıları olaraq müəyyənləşdirilib.

“Tullantıların idarəedilməsi” altsistemi nazirliyin Rəqəmsal Ekologiya Vahid İnformasiya Sisteminin altsistemi olacaq təşkil ediləcək.

Bunu ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rüstəm Həsənov “Yaşıl dünya naminə həmrəylik: dayanıqlı gələcək üçün tullantıdan dəyərə” Beynəlxalq Forumu çərçivəsində keçirilən “Tullantıların idarə edilməsində innovasiya” mövzusunda panel müzakirəsində çıxışı zamanı deyib.

R.Həsənovun sözlərinə görə, informasiya sistemi daxilində həm təhlükəli tullantıların, həm də əhali və qeyri-əhali subyektlər tərəfindən formalaşdırılan tullantıların uçotunun aparılması və toplanan məlumatların emal olunması nəzərdə tutulub. Həmçinin toplanmış və emal olunmuş məlumatlar effektiv idarəetmənin təmin olunması məqsədilə digər dövlət qurumları ilə mübadilə ediləcək.

Bildirilib ki, toplanmış məlumatlar uçotun və hesabatlılığın çevik əsaslarla aparılmasını təmin edəcək. Emal olunmuş məlumatlar bu sahədə fəaliyyət göstərən qurumlara məlumat əsaslı qərarların qəbulu üçün yeni imkanlar yaradacaq.

Qeyd olunub ki, həmçinin uçot mexanizminin təkmilləşdirilməsi ilə bağlı normativ-hüquqi bazanın gücləndirilməsi istiqamətində paralel işlər aparılır. Bu istiqamətdə yeni hesabatlılıq mexanizminin və hesabat formalarının da müvafiq qurumlar tərəfindən yaxın gələcəkdə təsdiq edilməsi gözlənilir.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər