26 C
Baku
Saturday, July 27, 2024

Tunisdə pandemiya ilə əlaqədar karantin qaydaları sərtləşdirilir

Tunis hökuməti COVID-19 pandemiyası ilə əlaqədar karantin qaydalarının sərtləşdirilməsi bərədə qərar qəbul edib. Xaricdən ölkəyə gələnlər üçün 7 günlük məcburi sanitar karantin müddəti müəyyən edilib. Bundan başqa, axşam saat 7-dən səhər 6-dək küçəyə çıxma qadağası, habelə mayın 3-dən 16-dək məktəblərdə dərslərin dayandırılması barədə qərar qəbul olunub.

Tunisin Səhiyyə Nazirliyi bəyan edib ki, restoran və kafelərin də fəaliyyəti dayandırılır. Ramazan ayında əhalinin məscidlərdə toplaşması da COVID-19-a yoluxma hallarını artırıb. Nazirliyin məlumatına görə, son sutkada ölkədə yeni növ koronavirusa 1971 nəfər yoluxub, 191 pasiyent isə vəfat edib. Son iki həftədə yoluxanların sayı 28 586-ya çatıb. Əhalisinin sayı cəmi 11 milyon olan ölkə üçün gündəlik ölüm hallarının bu qədər çox olması səhiyyə sistemindəki problemlərlə izah edilir.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər