5 C
Baku
Friday, March 29, 2024

“Turan Bank”ın SOCAR və Maliyyə Nazirliyinin qiymətli kağızlarına marağı artıb

Azərbaycanda fəaliyyət göstərən “Turan Bank” ASC-nin qiymətli kağızlar üzrə aktivlərinin həcmi açıqlanıb.

Banker.az xəbər verir ki, kommersiya bankı 2018-ci ildə Maliyyə Nazirliyinin 11 faiz nominallı 963 min manatlıq istiqrazı alıb.

Bank İpoteka və Kredit Zəmanəti Fondun istiqrazlarına aid portfelini 1 mln. manatdan 461 min manata endirib. Bu istiqrazların isə ödəniş faizi 3 faizdir.

Bundan əlavə SOCAR-a məxsus 5 faiz nominallı 2,61 mln. manatlıq hazırda istiqrazlar olub. Bu 2017-ci ildə 2,57 mln. manat idi. 

Son xəbərlər
Digər xəbərlər