7 C
Baku
Thursday, December 12, 2024

TuranBank 24 saat ixtiyarınızda!

TuranBank-ın “Yasamal” filialı artıq həftənin 7 günü, günün 24 saatı fəaliyyət göstərəcək.

Son dövrlərdə ölkəmizdə turizmin inkişafı və turistlərin ölkəmizə marağının artması fonunda bank xidmətlərinə olan tələbat kəskin artmışdır. Bununla əlaqədar, həmçinin, iş saatlarında bank xidmətlərindən istifadə edə bilməyən vətəndaşların ehtiyaclarını nəzərə alaraq və bankımıza olan müştəri məmnuniyyətinin artırılması məqsədilə, TuranBank ASC-nin Bakı şəhəri, Nizami küçəsi, bina 53 ünvanında yerləşən “Yasamal” filialının iş rejimi dəyişdirilərək 24 saatlıq tam fasiləsiz iş rejiminə (24/7) keçirildi.

Yeni iş rejiminə əsasən filial iş günləri 09:00–17:30 saatları aralığında adi iş rejimində, 17:30–09:00 saatları aralığında isə məhdud iş rejimində fəaliyyət göstərəcək. Məhdud iş rejimində (saat 17:30–09:00) filialda təqdim ediləcək xidmətlərə- valyuta mübadiləsi, sürətli pul köçürmələri, kommunal ödənişləri, kredit ödənişləri (mədaxil), cari hesaba mədaxil, pos-terminal əməliyyatları, plastik kartların təhvil verilməsi kimi əməliyyatlar daxildir.

Əlavə məlumat üçün TuranBankın “935” Məlumat Mərkəzi və ya 050 268 72 22 Whastapp nömrəsilə əlaqə saxlaya bilərsiniz.

Bank və bank məhsullarına aid bütün yeniliklər haqqında TuranBank-ın rəsmi veb səhifəsi və ya sosial şəbəkələrini izləyərək məlumat ala bilərsiniz.

www.turanbank.az

Instagram – @turanbank

Facebook – @TuranBankASC

Linkedin – @TuranBank

41

182829303339

Son xəbərlər
Digər xəbərlər