19 C
Baku
Saturday, May 25, 2024

“TuranBank” mənfəət edib, gəlirləri artıb

“TuranBank” ASC 2024-cü ilin 1-ci rübünü 112 min manat mənfəətlə başa vurub.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

GƏLİRLƏRİ ARTIB

Yanvar-mart aylarında “TuranBank”ın gəlirləri 25 milyon 250 min manat (illik müqayisədə 20.2% çox), xərcləri 21 milyon 397 min manat təşkil edib.

BANK BÖYÜYÜB, KREDİT PORTFELİ ARTIB

Bu il aprelin 1-nə “TuranBank”ın aktivləri 883 milyon 681 min manat olub ki, bu da ötən ilin sonuna nisbətən 7.4% çoxdur. Bunun 635 milyon 32 min manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, Bankın kredit portfeli 0.9% böyüyüb.

Hesabat dövründə “TuranBank”ın öhdəlikləri 802 milyon 732 min manat, o cümlədən depozit portfeli 461 milyon 883 min manat, balans kapitalı isə 80 milyon 949 min manat olub.

Son xəbərlər
 ⁠
Digər xəbərlər