3 C
Baku
Saturday, March 2, 2024

TuranBank nüfuzlu beynəlxalq maliyyə qurumundan yerli valyutada kredit cəlb edib

®Ölkənin aparıcı banklarından biri olan TuranBank ilə Incofin İnvestisiya və IIV Mikrofinanz Fondları arasında 5 milyon manat həcmində kredit sazişi imzalanıb. Cəlb edilən vəsait kiçik və orta biznesin maliyyələşdirilməsinə yönəldilməklə yerli valyutada sahibkarların maliyyə resurslarına çıxış imkanlarını daha da genişləndirəcək.

Incofin İnvestisiya Fondu inkişaf etməkdə olan ölkələrdə maliyyə əlçatanlığını təşviq etmək üçün 2001-ci ildə Belçikada təsis edilmiş fonddur. Hazırda Incofin İnvestisiya Fondu sosial inklüziv investisiyaların liderlərindən biridir. IIV Mikrofinanz Fondu isə inkişaf etməkdə olan ölkələrdə mikro, kiçik və orta sahibkarlığın inkişafı üçün maliyyə əlçatanlığını təşviq etmək məqsədi ilə 2011-ci ildə təsis edilmiş Almaniya Fondudur.

TuranBank KOS maliyyələşdirilməsi üzrə beynəlxalq kredit xətlərinin cəlb edilməsi istiqamətində əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirir. Bankımız Beynəlxalq Maliyyə Korporasiyası (İFC), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Asiya İnkişaf Bankı (AİB), Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB), ECO Ticarət və İnkişaf Bankı (ECO TDB), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) və s. kimi nüfuzlu maliyyə təşkilatları ilə Kiçik və Orta sahibkarlıq layihələri üzrə birgə əməkdaşlıq edərək qeyri-neft sektorunun davamlı inkişafına ciddi dəstək olur.

Yarandığı tarixdən etibarən 30 il ərzində özünün 19 satış nöqtəsilə TuranBank daim inkişaf yolunu tutmuş, xidmətləri ilə həm keyfiyyət, həm də kəmiyyət baxımından maliyyə sektorunda önəmli mövqeyə sahib olmuşdur. Bank Azərbaycanın maliyyə sektorunda stabilliyi və etibarlılığı ilə seçilən əsas iştirakçılardan biridir.

Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı 935 çağrı mərkəzinə zəng edərək,  TuranBank-ın rəsmi veb səhifəsini https://bit.ly/3fUQtbQ    və ya sosial şəbəkələrdəki səhifələrini izləyərək əldə edə bilərsiniz.

 TuranBank

 Bizimlə etibarlıdır..

Son xəbərlər
Digər xəbərlər