8 C
Baku
Saturday, January 28, 2023

“TuranBank”ın 2022-də mənfəəti 3 dəfəyə yaxın artıb

“TuranBank” ASC ötən ili 1 milyon 924 min manat mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə bankın mənfəəti 668 min manat olub ki, bu da illik müqayisədə 2.9 dəfə artıb.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

GƏLİRLƏRİ KƏSKİN ARTIB

2022-ci ildə “TuranBank”ın gəlirləri 76 milyon 765 min manat (illik müqayisədə 1.6 dəfə çox), xərcləri 65 milyon 341 min manat təşkil edib. Bank 793 min manat mənfəət vergisi ödəyib.

BANK BÖYÜYÜB, KREDİT PORTFELİ ARTIB

Bu il yanvarın 1-nə “TuranBank”ın aktivləri 820 milyon 821 min manat olub ki, bu da ötən ilin sonuna nisbətən 15% çoxdur. Bunun 548 milyon 495 min manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, Bankın kredit portfeli 26% böyüyüb.

DEPOZİT PORTFELİ ARTIB

Hesabat dövründə “TuranBank”ın öhdəlikləri 16.5% artaraq 731 milyon 255 min manata, o cümlədən depozit portfeli 2.8% arataraq 429 milyon 274 min manata, balans kapitalı 3% artaraq 89 milyon 565 min manata çatıb.

668

tr

Son xəbərlər
Digər xəbərlər
X