16 C
Baku
Friday, April 26, 2024

Turistlər Azərbaycanda bank kartlar ilə apardıqları əməliyyatlar milyarda çatır

Bu ilin avqust ayında əcnəbilərin Azərbaycanda bank kartları vasitəsilə apardıqları əməliyyatların məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 39% artaraq 141 mln. manat təşkil edib.

Banker.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) hazırladığı “İxrac icmalı”na istinadən xəbər verir.

Yanvar-avqust aylarında isə əcnəbilərin Azərbaycanda bank kartları vasitəsilə apardıqları əməliyyatların məbləği illik müqayisədə 26% artaraq 888 mln. manata çatıb.

Qeyd edək ki, 8 ay ərzində Azərbaycana dünyanın 193 ölkəsindən 1 976,9 min nəfər və yaxud illik müqayisədə 8,5% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər