25 C
Baku
Saturday, July 27, 2024

Turizm Azəraycandan “valyuta aparır”

2021-ci ilin 6 ayı üzrə xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi $4.4 mlrd. təşkil edib. Bunun $2.9 mlrd.-ı qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, $1.5 mlrd.-ı isə Azərbaycan rezidentləri tərəfindən xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir.

Banker.az bunu Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Ümumilikdə, xidmətlər balansında yaranan kəsir 2.1% azalaraq $1.3 mlrd. olmuşdur. Neft-qaz sektoru üzrə xidmətlər balansının (əsasən tikinti xidmətləri və digər işgüzar xidmətlər) kəsiri 976.9 mln. (20.1% azalma) olmuşdur. Qeyri-neft sektoru üzrə xidmətlər balansının kəsiri isə 323.6 mln. (3.1 dəfə artım) olmuşdur.

Qarşılıqlı xidmətlər dövriyyəsinin 41.6%-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür. Ümumi dəyəri $1.8 mlrd. olan nəqliyyat xidmətlərinin 60.6%-i qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat xidmətlərindən istifadəsi ilə əlaqədardır. Azərbaycan rezidentlərinin qeyrirezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri $1.1 mlrd., qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə 721.6 mln. təşkil etmişdir.

Dövr ərzində qeyri-neft sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı ö.i.m.d.n. 11.9%, idxalı isə 14.1% artmışdır. Nəticədə nəqliyyat xidmətləri üzrə 2020-ci ilin 6 ayında $56.5 mln. olan profisit 6.9 dəfə artaraq 2021-ci ilin 6 ayında $389.5 mln. təşkil etmişdir.

TURİZM VALYUTA APARIR

2021-ci ilin I yarımilində qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 2.2 dəfə azalaraq $252.1 mln. təşkil etmişdir. Hesabat dövründə turizm xidmətləri üzrə ixrac $63.6 mln., idxal isə $188.5 mln. olmaqla $124.9 mln. həcmində kəsir yaranmışdır. Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 3.3 dəfə, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 2.1 dəfə azalmışdır.

Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi $188.5 mln. olmuşdur. Bunun 90.2%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olmuşdur (məkik idxal üçün vəsaitlər istisna olmaqla).

Hesabat dövründə qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə göstərilən tikinti xidmətlərinin həcmi 4.2 dəfə azalaraq $1.7 mln. təşkil etmişdir. Qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə

ödənilən digər işgüzar xidmətlərin həcmi isə 42.7% artaraq $418 mln. olmuşdur.

Son xəbərlər
Digər xəbərlər