17 C
Baku
Wednesday, May 1, 2024

Turizm Bürosu: Ulduzlaşma üçün müraciət edən 114 hotelin auditi başa çatdırılıb

Turizm İnformasiya Sistemində 792 turizm sənayesi nümayəndəsinin qeydiyyat mərhələsi tamamlanıb.

Bu barədə Azərbaycan Turizm Bürosunun Tədqiqat və inkişaf departamentinin rəhbəri Nicat Abbaslı “Azərbaycan Turizm Sammiti 2023″də çıxışı zamanı məlumat verib.

O bildirib ki, bu il qəbul olunan “Mehmanxanaların ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları”na uyğun olaraq il ərzində ulduzlaşma üçün müraciət edən 173 hoteldən 114-nün auditi başa çatdırılıb.

“Bu ilin 11 ayı ərzində 1 milyon 893 mindən çox xarici ziyarətçi ölkəmizə səfər edib. Bu, ötən illə müqayisədə 30 faizdən çoxdur. Pandemiyadan sonra bərpa prosesi sürətlə davam etdirilir”.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər