13 C
Baku
Friday, April 19, 2024

Turizm və Menecment Universiteti Dövlət Turizm Agentliyinin tabeliyinə verilib

Nazirlər Kabineti “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nı təsdiq edib.

Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumlar aşağıdakılardır:

Təhsil müəssisələri:

  • Azərbaycan Turizm və Menecment Universiteti;
  • Bakı Turizm Peşə Məktəbi;
  • Mingəçevir Turizm Kolleci.

Dövlət qoruqları:

  • “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu;
  • “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu;
  • “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu;
  • Azərbaycan Respublikasının “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu;
  • “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğu;
  • “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu (Şəki şəhəri “Karvansaray” Mehmanxana Kompleksi daxil olmaqla);
  • “Kiş” Tarix-Memarlıq Qoruğu.

 

Turizm İnformasiya mərkəzləri:

  • Bakı Turizm İnformasiya Mərkəzi (“Baku City Tour” turist avtobusları daxil olmaqla);
  • Şamaxı Turizm İnformasiya Mərkəzi;
  • Xaçmaz Turizm İnformasiya Mərkəzi;
  • Quba Turizm İnformasiya Mərkəzi;
  • Lənkəran Turizm İnformasiya Mərkəzi;
  • Gəncə Turizm İnformasiya Mərkəzi;
  • Şəki Turizm İnformasiya Mərkəzi;
  • Zaqatala Turizm İnformasiya Mərkəzi;
  • Qəbələ Turizm İnformasiya Mərkəzi;
  • İsmayıllı Turizm İnformasiya Mərkəzi;
  • Bərdə Turizm İnformasiya Mərkəzi.

 

Təsərrüfathesablı qurumlar:

 

“Azərbaycan Konqreslər Bürosu” Məhdud Məsuliyyətli Cəmiyyəti;

“Şahdağ” Qış-Yay Turizm Kompleksinin Müdiriyyəti;

“Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti.

Digər qurumlar:

Milli Kulinariya Mərkəzi.

Son xəbərlər
Digər xəbərlər