16 C
Baku
Monday, May 6, 2024

Türk Dövlətləri Təşkilatının illik gəliri açıqlanıb

Türk Dövlətləri Təşkilatı çərçivəsində iş birliyinin artırılması üçün atılacaq addımlar vacibdir. Ən çox gələcək vəd edən sahə isə kənd təsərrüfatı sahəsidir.

Bunu Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı ll Türk dövlətləri Aqro Biznes Forumunda çıxışı zamanı bildirib.

“Türk Dövlətləri Təşkilatı olaraq 170 milyondan artıq əhalimiz var. 1.5 trilyon dollardan artıq gəlirimiz var. 1.2 trilyon dollara çatan ticarət həcmimiz var. Bunlarla biz çox vacib potensiala malikik. Ölkələrimiz arasında aşkar edilməsi lazım olan ciddi bir potensial var. Xüsusilə toxumçuluq, su məhsulları, kənd təsərrüfatı texnikaları və oxşar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə inanıram. Ölkələrimiz arasında bu ticarətin artırılması üçün şirkətlərimizin tanıdılması çox vacibdir. Ortaq halal infrastrukturun qurulması, ticarətdə texniki maneələrin aradan qaldırılması üçün İslam ölkələri Standartları ilə birgə əməkdaşlıq qurulmasının bizə fayda verəcəyinə inanıram”, – deyə qardaş ölkənin naziri əlavə edib.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər