21 C
Baku
Saturday, May 4, 2024

Türk Dövlətləri Təşkilatının növbəti sammiti noyabrın 3-də keçiriləcək

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısının vaxtı məlum olub.

Təşkilatın 10-cu sammiti bu il noyabrın 3-də Qazaxıstanın Türküstan şəhərində keçiriləcək.

Bundan əlavə, noyabrın 2-də Türküstanda TDT-yə üzv ölkələrin xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Xatırladaq ki, 2022-ci ildə TDT sammiti Səmərqənddə keçirilib.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər