Türkiyədə havaların şaxtalı və qarlı keçməsi bir sıra problemlər yaradıb. Bir neçə vilayətdə məktəblər yanvarın 7-də və 8-də tətilə buraxılıb. Bəzi yerlərdə tətil müddətinin uzadılacağı istisna deyil.
Banker.az Azərtsc-a istinadla xəbər verir ki, İstanbul vilayətində də havaların kəskin soyuması ictimai təsərrüfatın idarə olunmasında əngəllər yaradıb. “Türk Hava Yolları” aviaşirkəti İstanbul Atatürk Hava Limanında yanvarın 7-nə aid xaricə və ölkə daxilində qrafikə uyğun 14 istiqamətdə uçuşu ləğv edib. Hələlik ləğv olunan aviareyslərin bərpası barədə məlumat verilmir.
Yol polisi şəhərlərarası şoselərdə və beynəlxalq dərəcəli magistrallarda avtomobillərin hərəkətinə nəzarəti gücləndirib. Sürət həddi aşağı salınıb. Dağlıq bölgələrdə təkərlərin üstünə zəncir çəkilməsi məcburi qaydaya salınıb. Bütün bunlara baxmayaraq, ağır yol-nəqliyyat qəzaları baş verməkdədir.