“Türk Hava Yolları” aviaşirkətinə məxsus B777-F tipli yük təyyarəsi İstanbulun “Atatürk” hava limanından havalandıqdan qısa zaman sonra geri dönərək təcili eniş edib.
Təyyarənin enmə səbəbi quş sürüsü ilə qarşılaşması nəticəsində gövdəsində yaranan nasazlıq olub. Şirkətdən bu barədə verilən açıqlamada TK6220 saylı karqo təyyarəsinin İstanbul-Almatı səfərini yerinə yetirmək üçün hərəkət etdiyi bildirilib.