23 C
Baku
Friday, April 19, 2024

“Türk Hava Yolları”nın zərəri 61%-dan çox olub

Bu ilin I rübündə Türkiyənin milli aviadaşıyıcısı “Türk Hava Yolları”nın (THY) zərəri 61,5% artaraq 2,02 milyard TL (təxminən 297,3 milyon ABŞ dolları) olub.

THY bundan sonra zərərləri azaltmaq üçün daxili reyslərdə kabin baqajı almayacağını və qidalanma xidmətini ləğv etdiyini açıqlayıb. Bunu Report yazıb.

Məlumata görə, eyni dövrdə THY-nin gəlirləri 3% artaraq 15,3 milyard TL-yə (təxminən 2,2 milyard ABŞ dollarına) yüksəlib. Hesabat dövründə qurumun maliyyə xərcləri isə 859 milyon TL (təxminən 126 milyon ABŞ dolları) olub.

Qeyd edək ki, daha öncə koronavirus pandemiyasının yayılması səbəbi ilə uçuşları dayandıran “Türk Hava Yolları” iyunun 4-dən daxili uçuşları, iyunun 10-dan etibarən isə beynəlxalq uçuşları bərpa edəcəyini açıqlamışdı.

 

Son xəbərlər
Digər xəbərlər