2 C
Baku
Cümə, Dekabr 3, 2021

Türk lirəsinin məzənnəsi artıq qırmızı xəttə çatdı

Onsuzda məzənnəsi təzyiq altında olan milli valyuta Prezident Ərdoğanın Osman Kavalanın təxliyyəsi tələbi və eləcə də 10 ölkədəki səfirlərin “persona non grata” elan etməsi Türk lirəsini bir qədər də dəyərdən salır.

Banker.az xəbər verir ki, Türkiyədə 1 dollar artıq 9.8148 lirəyə ticarət olunur. Bu da günlük 2.27% artım deməkdir.Göründüyü kimi Türkiyədə artıq USD/TRY cütlüyünün məzənnəsi qırmızı xətti aşması (1 dollar 10 lirə) üçün o qədər də məsafə qalmayıb.

Türkiyə Mərkəzi Bankının Pul Komitəsinin 3 üzvi Prezident fərmanı ilə vəzifəsindən azad edilmiş, yeniləri təyin edilmişdi. Bildirilir ki, həmin şəxrlərdən faizin endirilməsinə əleyhinə çıxış edənlər vardı. Beləliklə, sonuncu iclasında uçot faiz dərəcəsini 19%-dən 17%-ə qədər endirmişdi. Bu da gözləntilərdən xeyli yüksək idi.

Analitiklər məzənnənin azaldılması səbəbini, ölkənin tədiyyə balansında yaranan kəsiri azaltmaq uçunur. Qeyd edilir ki, hazırki durumda ixracyönümlü iqtisadiyyat üçün “ucuz lirə”nin olması vacibdir.

 

Son xəbərlər
Oxşar xəbərlər
X