1 C
Baku
Saturday, December 14, 2024

Türk lirəsi dollara qarşı bir qədər də ucuzlaşdı – 1 dollar 21 lirəni ötüb

Türkiyə lirəsi Asiya birjaları açılarkən dollara qarşı daha 0.7% dəyər itirib.

Banker.az xəbər verir ki, USD/TRY cütlüyünün məzənnəsi 0.14 kuruş ucuzlaşaraq 21.0976 səviyyəsində olub.

Beləliklə, lirə son 1 həftədə 4.88%, ilin əvvəlindən isə 8.27% dəyər itirib.

Qeyd edək ki, lirənin məzənnəsinin ucuzlaşması Türkiyədə prezident seçkilərindən sonra bir qədər sürətlənib. Bununla belə hazırda yenidən prezident seçilən Rəcəb Tayyib Ərdoğan nazirlər kabinetinin yeni tərkibini açıqlayıb. Həmin tərkibdə önəmli olan xəzinə və maliyyə naziri də var.

 

Son xəbərlər
Digər xəbərlər