6 C
Baku
Sunday, December 15, 2024

Türk lirəsi tarixi minimuma düşdü

Noyabrın 7-də keçirilən ticarət zamanı türk lirəsi 1 dollar üçün 28,6 lirəyə kimi ucuzlaşıb.

Bunu Forex platformasındakı ticarət məlumatları sübut edir.

Ən aşağı həddə isə lirənin məzənnəsi 28.64-ə qədər geriləyib. Lirə bir dollar üçün 28.5-ə kimi möhkəmlənə bilib. İlin əvvəlindən lirə yarıdan çox dəyərini itirib. Ekspertlər çöküşü iqtisadçıların tövsiyələrinə məhəl qoymayan prezident Ərdoğanın siyasəti ilə əlaqələndirirlər.

Mərkəzi Bankın əsas faiz dərəcəsini 35%-ə qaldırmasına baxmayaraq, Türkiyədə inflyasiya ilin sonuna kimi 68%-ə çata bilər. Müqayisə üçün: 2022-ci ildə 85% idi. Lirə ilə yanaşı, 2023-cü ildə ən pis nəticə göstərən inkişaf etməkdə olan bazar valyutalarından bəziləri Rusiya rublu və Argentina pesosu olub.

Son xəbərlər
Digər xəbərlər