Türk lirəsi bu gün dollar qarşısında 2% geriləyərək 15.8-i keçərək yenidən dekabrda vurduğu rekord zəif səviyyələrə doğru enib.
Banker.az xəbər verir ki, Bakı vaxtı ilə 12:57 radələrində dollar/TL cütlüyü 0.3145 lirə, yaxud 2.02% artaraq 15.8764 səviyyəsinə çatıb.
2021-ci ilin sonlarına USD/TRY cütlüyü 18.00 səviyyəsinə qədər çatmışdı, lakin hökumətin bir sıra mühüm qərarlarından sonra milli valyuta “özünə gəlmişdi”.
Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar enerji qiymətlərini yüksəltdiyi üçün Ukraynadakı müharibə mart ayında lirəyə təzyiq göstərməyə başladı.
Türkiyə Mərkəzi Bankının bazar ertəsi verdiyi məlumata görə, ölkənin cari hesab kəsiri mart ayında 5.55 milyard dollara çatıb. Halbu ki, bu analitiklər tərəfindən 5.34 mlrd. dollar olacağı proqnoz edilirdi.
“IHS Markit”in məlumatlarına görə, Türkiyənin 5 illik kredit defolt svopları, defoltdan sığortalanma dəyəri bazar ertəsi günü cümə günü bağlanışdan 8 bənd artaraq 718 baza bəndi ilə yeni rekorda çatıb.
Beş treyder “Reuters”ə bildirib ki, USD/TRY məzənnəsi 15.5-16.0 diapazonunda görülüb və onlar səlahiyyətlilərin dollara qarşı 16 səviyyəsini müdafiə edib-etməməsinə nəzarət edəcəklər.
Araşdırma platforması olan “İstanbul Analytics” qeyd edib ki, valyuta müdaxilələri istisna olmaqla, TCMB-nin ehtiyatlarının hesablamalara görə ayda 7-10 milyard dollar əriyəcəyi bir dövr başlayıb.
Bunu da qeyd etməliyik ki, Türkiyədə ixracaçılar vəsaitlərin müəyyən faizini türk lirəsinə valyuta bazarında konvertasiya etməlidirlər.
Türkiyədə 70%-ə çatan istehlak qiymətləri indeksinə baxmayaraq, ölkənin mərkəzi bankı aşağı faiz – şəraiti nəzərə alsaq, yumşaq pul siyasətini həyata keçirməkdədir. Bu isə bahalaşmaqda olan ABŞ dolları qarşısında ekzotik valyuta -lirəni təziyiq altına salır.