3 C
Baku
Saturday, December 14, 2024

Türk lirəsinin yeni tarixi anti-rekordu: Dollar ölkədə 30 lirəni keçib

Türk milli valyutası cümə axşamı yerli vaxtla günorta dollara nisbətdə 30.005 lirə səviyyəsində satılaraq yeni tarixi minimuma düşüb.

Banker.az xəbər verir ki, bu, lirənin dollar qarşısında ilk dəfə psixoloji hədd kimi formalaşan 30.00 səviyyəsindən aşağı düşməsinə bir işarə sayılır. Lirə son sessiya ərzində dollar qarşısında 0.2% zəifləyib.

Bakı vaxtı ilə 16:40 radələrində İstanbul birjasında dollar/lirə cütlüyü 30.6029 səviyyəsinə qədər artım göstərib.

Pul siyasətçiləri davamlı olaraq faiz dərəcələrini yüksəltməklə ikirəqəmli inflyasiya ilə mübarizə aparmağa çalışdıqları üçün, blokadada olan lirə son bir ildə ABŞ bençmarkına qarşı təxminən 37% ucuzlaşıb.

Türkiyə hökumətinin monetar siyasətə öncəki illərdə qeyri-ənənəvi yanaşması onun milli valyutasının devalvasiyasına səbəb olub. 2023-cü ilin mayından etibarən Rəcəb Tayyip Ərdoğanın yenidən prezident kimi qalib gəlməsi ardından Türkiyə Mərkəzi Bankının rəhbərliyinə Uol-Strit kadrı olan Hafize Gaye Erkan gətirilib. O, faizləri 8.5%-dən 40%-in üzərinə qaldırıb.

Təxminən 84 milyonluq nüfuza sahib olan Türkiyədə illik inflyasiya noyabrda illik 62%-dən dekabrda 64.8%-ə yüksəlib. Ölkədə inflyasiya 2022-ci ilin oktyabrında 85.5% zirvəyə çatmışdı.

21312312 e1704976786826

Son xəbərlər
Digər xəbərlər