28 C
Baku
Saturday, July 27, 2024

“Turkish Airlines” aviaşirkəti Çinə uçuşları dayandırıb

Türkiyənin “Turkish Airlines” aviaşirkəti koronavirusun yayılması təhlükəsi ilə əlaqədar Çinə uçuşları dayandırıb.

Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Aviaşirkətin nümayəndəsi Yəhya Üstün bildirib ki, “Turkish Airlines”in Milli və Beynəlxalq strukturları koronavirusla bağlı vəziyyətin qiymətləndirilməsi üçün fevralın 9-a qədər Pekinə, Quancjouya, Şanxaya və Siana reysləri dayandırır.

Üstün əlavə edib ki, aviaşirkət rəhbərliyi xəstəliyin yayılması ilə bağlı vəziyyəti izləməyə davam edəcək.

Xatırladaq ki, 2019-cu ilin dekabrının sonlarında Çin hakimiyyəti Uhan şəhərində naməlum mənşəli pnevmaniyanın yayılması haqqında bildirib. Ekspertlər təyin ediblər ki, xəstəliyə 2019-nCoV koronavirusu səbəb olub.

©Report

Son xəbərlər
Digər xəbərlər