Türk Hava Yolları (Turkish Airlines) Tehran istisna olmaqla İranın digər şəhərlərinə uçuşlara qoyulan məhdudiyyətin müddətini martın 10-dək uzadıb.
Bu barədə xarici mətbuata istinadən xəbər verilir.
Qeyd edək ki, dünən Türk Hava Yolları İrana uçuşları fevralın 27-nə qədər dayandırdığını açıqlamışdı.
Bundan başqa, Türk Hava Yolları Çinə olan səfərlərini fevralın 29-dək təxirə salıb.