27 C
Baku
Saturday, July 27, 2024

Türkiyə evlərin qiymət artımına görə dünya lideri olub

2021-ci ilin ikinci rübündə Türkiyə evlərin qiymət artımına görə dünya lideri olub.

Banker.az “Forbes.ru”ya istinadən xəbər verir ki, bu barədə “Knight Frank” məlumat verib.

Bildirildiyi kimi, bu ölkədə mənzillər son rübdə 29.2% bahalaşıb. İkinci yeri Yeni Zelandiya (+25.9%), üçüncü yeri isə ABŞ və Slovakiya (+18.6%) bölüşdürüb. Rusiya siyahıda 10-cu yeri tutub.

“Knight Frank”ın araşdırmasına görə, il ərzində dünyanın 55 ölkəsində qiymətlər orta hesabla 9.2% artıb. Eyni zamanda Hindistanda (-0.5%) və İspaniyada (-0.9%) qiymətlər aşağı düşüb. Analitiklər qeyd edirlər ki, bu, 2008-ci ildə ilk dəfə “Global House Price Index” indeksinin dərc olunmasından bəri ən aşağı göstəricidir.

Son xəbərlər
Digər xəbərlər