27 C
Baku
Saturday, July 27, 2024

Türkiyə fevralda beynəlxalq qaz sammiti keçirəcək

Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz bildirib ki, fevral ayında Türkiyə beynəlxalq qaz sammiti keçirəcək. “CNN Turk” yazır ki, buna neçə ölkənin dəvət ediləcəyi dəqiqləşdirilməyib.

Nazir Şimali Makedoniyaya səfəri zamanı açıqlama verib. Cənab Dönməz bildirib ki, yaxın gələcəkdə Türkiyə Şimali Makedoniya ilə anlaşma memorandumu imzalayacaq və onun iqtisadiyyat naziri qaz sammitinə dəvət olunacaq.

Oktyabrda Rusiya Prezidenti Vladimir Putin bildirib ki, “Şimal axını” ilə itirilmiş tranzit həcmi Qara dəniz regionuna yönəldilə bilər. O, Türkiyədə qaz qovşağının yaradılmasını təklif edib ki, bu da qaz nəqli üçün ən etibarlı marşrut hesab olunur. Yanvarın 3-də Türkiyənin Energetika Nazirliyi qaz qovşağının tikintisi üzrə işlərə başlandığını elan edib.

Son xəbərlər
Digər xəbərlər